Əliyev Çin mediasına müsahibəsində bildirdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıyıb. Bura Qarabağ və işğal altında olan 8 kənd (Kərki və Qazaxın 7 kəndi) daxildir.
Qaziler.az xəbər verir ki, bu fikirləri politoloq Asif Nərimanlı mövzu ilə bağlı açıqlamasında qeyd edib.
"Rəsmi Bakının tələbi Ermənistanın bunu rəsmi şəkildə təsdiq etməsi – sülh sazişinin imzalanmasıdır. İrəvan bundan qaçır, Paşinyanın Azərbaycanla müharibə ehtimalının böyük olduğu haqda dedikləri də bundan qaynaqlanır.
Ermənistan nə Qarabağda istədiyini əldə edə bilir, nə də sərhəddə. Anklavlara qarşı 1975-ci il xəritəsi üzərindən gediş etsə də - Başkəndi və sərhəd bölgəsindəki bir neçə kəndi dəyişdirmək gündəliyə daxil edə bilmədi. Bu gündəliyi dəyişdirmək – şifahi qəbul etdiklərini rəsmiləşdirməmək üçün yeni situasiya ehtiyac var. Və belə bir situasiya nəticədən asılı olmayaraq, hərbi eskalasiya baş verdiyi halda mümkün ola bilər".
QAZİLER.AZ