Ermənistan Baş naziri Nikol Paşinyan da jurnalistlər üçün mətbuat konfransı keçirməyi qərara alıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyanın həyat yoldaşına məxsus olan “Haykakan Jamanak” qəzeti məlumat yayıb.
Məlumata görə, çərşənbə axşamı keçiriləcək mətbuat konfransına 50-dən çox KİV nümayəndəsi dəvət olunacaq.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Qlobal Media Forumunda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.