Əliyev Xocalıya səfəri ilə Rusiya və separatçılara torpağın gerçək sahibinin kim olduğunu nümayiş etdirdi...

Əliyev Xocalıya səfəri ilə Rusiya və separatçılara torpağın gerçək sahibinin kim olduğunu nümayiş etdirdi... backend

Əliyevin Xocalının Çanaqçı və Sığnaq kəndlərinə səfəri işğaldan azad edilmiş bölgələrə ziyarətindən fərqli idi: hansısa obyektin açılışı olmadı, məlumat qısa xəbər və görüntülərdən ibarət idi; belə demək mümkünsə, dövlət başçısı Xocalıya baş çəkdi;

Bu qısa görünən səfərin səbəblərini Qarabağda baş verən son proseslər fonunda axtarmaq olar:

- Rusiya sülhməramlı kontingentinin əsas qərargahı Xocalı rayonundadır;

- Erməni əhalisinin reinteqrasiyasına qarşı ciddi “müqavimət” göstərən separatçılar Xocalıda sülhməramlıların qərargahı önündə aksiya keçirdilər;

- Bir qrup erməninin iştirakı ilə Bakının əhalinin təminatını həyata keçirmək təklifini bloklamaq məqsədilə Ağdam yolunda barrikadalar qurulub;

Separatçıların çıxardığı oyunların arxasında Rusiyanın dayandığı, sülhməramlıların bu prosesdə kurator rolunu oynadığı şübhəsizdir. Moskvanın sərgilədiyi mövqe də bunu deməyə əsas verir. Bu kontekstdə Əliyevin sülhməramlıların qərargahının olduğu Xocalıya səfərinin Rusiyaya və separatçılara torpağın gerçək sahibinin kim olduğunu nümayiş etdirmək baxımından mesaj xarakteri daşıdığını deyə bilərik.

Siyasi şərhçi Asif Nərimanlı

QAZİLER.AZ

Diaspora