Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT Şurasının Vyanada keçirilən xüsusi iclasında Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələləri həll olunarsa, İrəvanın onu Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazır olduğunu bildirib.
Qaziler.az bu barədə “interfaks”a istinadla xəbər verir. O əlavə edib ki, ölkəsi Azərbaycanla münasibətlərin nizamlanmasına açıqdır.
“Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılması və regionda sülh dövrünün açılması üçün səylərini davam etdirməyə sadiqdir. Biz əminik ki, tərəflər münaqişənin əsas səbəblərini aradan qaldırmaq üçün maksimum istək nümayiş etdirsələr, regionda sabit sülh mümkündür. Əsas məsələ Dağlıq Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyidir”, - Mirzoyan bildirib.
QAZİLER.AZ