Azərbaycan-Fransa münasibətlərinin bu günü və səbəbləri barədə dərin təhlillər aparmadan da hər şey məlumdur. Fransa Azərbaycana erməni qəsdini müdafiə edib və edir, " uydurma 'DQR" - i tanıyıb və sair. Makron bu sayaq əməllərin zirvəsini vurdu. Dünyada Azərbaycana düşmənçiliyin ölçü vahidi deyilən bir şey düşünülsə, Makronun münasibətini " Azərbaycan düşmınçiliyinin ölçü vahidi " kimi qəbul etmək olar. Özü də bu siyasət illərdir gedir və Makronun hakimiyyətdə olduğu 2018-ci ildən bu yana, üzü yuxarı dinamika ilə gedir. Dəfələrlə Fransa ilə iqtisadi, ticarət əlaqələrini məhdudlaşdırmaq çağırışı səslənib, nəhəng " Total " şirkətini ölkədən qovmağa qədər sərt mövqelər ifadə olunub.Hətta Azərbaycan Milli Məclisi Fransaya qarşı xüsusi qərar qəbul edib və onunla iqtisadi-ticarət münasibətlərinə yenidən baxılmasını aktuallaşdırıb. Bəs nəsə dəyişibmi? Fransa bu yaramaz siyasətinin Azərbaycandan sərt cavabını alıbmı? Fransaya əməli olaraq göstərilibmi ki, Azərbaycan sənə bu pislikləri edə bilər?
Azərbaycan-Fransa əlaqələrini əks etdirən rəqəmlər fərqli, həm də bizim üçün heç xoş olmayan mənzərə ortaya qoyur.
Dövlətımizin rəsmi rəqəmlərinə baxaq. Həm də bu rəqəmlər artıq beynəlxalq media orqanlarına da çıxıb və təəccüblə sual edirlər ki, Fransa ilə bu səviyyədə kəskin ritorika hara, əməkdaşlığın dərinləşdiyini göstərən bu rəqəmlər hara?!
Bu ilin yanvar-iyun dövründə Azərbaycandan Fransaya ixrac 126,7 milyon dollar təşkil edib və bu, ötən ilin müvafiq dövründəki 2.2 milyon dollarlıq ixracdan az qala 60 dəfə çoxdur. Bu müddətdə Fransadan Azərbaycana idxal da azacıq artıb və 291 milyon dollar təşkil edib. Bu ilin 6 ayında Azərbaycan - Fransa ticarətinin xüsusi çəkisi Azərbaycanın xarici ticarət balansında 1.6 faiz təşkil edib.
Bundan bir az əvvəl Fransanın Totalenerji şirkəti Azərbaycan Dövlət neft şirkəti ilə əməkdaşlıqda " Abşeron" dəniz yatağının istismarının 1-ci fazası çərçivəsində qaz çıxarıldığını bəyan etmişdi.
Deməli, bir tərəfdən Azərbaycan - Fransa ticarəti genişlənir, idxal da, ixrac da artır, 318,4 milyon dollardan çox olub. Digər tərəfdən, Fransa artıq Azərbaycanın qaz hasilatında da öz yerini tutub.
Bu necə düşmənçilikdi? Fransanın Azərbaycanla genişlənən əməkdaşlıqdan əldə etdiyi gəlirdən Ermənistana pay çatmadığına kim təminat verə bilər?
Azərbaycan Milli Məclisinin Fransa ilə əlaqələrə dair məşhur və əsaslı nə vaxt icra olunacaq?
Jurnalist, politoloq Aydın Quliyev
QAZİLER.AZ