CHP-nin dəyişikliyə yox, yenilənməyə ehtiyacı var.
Axar.az xəbər verir ki, bunu CHP sədri Kamal Kılıçdaroğlu ona ünvanlanan istefa çağırışlarına münasibət bildirərkən deyib.
“Biz sosial-demokrat partiyayıq. Qazi Mustafa Kamalın irəli sürdüyü bir xətt, bir hədəf var. Bunun nəyini dəyişəcəksiniz? Bizim məqsədimiz dəyişməz olaraq qalır”, - CHP lideri bildirib.