Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ölkəsinin Ukraynaya silah göndərən onlayn satış şirkəti "Amazon" olmadığını deyib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bunu ingilis nazir Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Zirvə Toplantısı ilə bağlı brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Britaniyalı nazir Ukraynanın son silah partiyasını aldıqdan sonra da daim daha çox istədiyini bildirib. Kiçik xəbərdarlıq etmək istədiyini qeyd edən Uolles sözlərini belə davam etdirib:
"Biz 83 milyard dollar, ya da hər nəysə verdik. Bilirsiniz ki, biz "Amazon" deyilik".
QAZİLER.AZ