İsrailin müdafiə naziri Yoav Qallant Bakının Dənizkənarı Bulvarından paylaşım edib.
"Report" xəbər verir ki, o, bulvarda səhər qaçışına çıxıb.
“Bakıdan sabahınız xeyir”, - nazir tviterdə yazıb.
Y.Qallant Azərbaycana səfərinin qısa və uğurlu olduğunu bildirib.
Qeyd edək ki, Y.Qallant Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olub. O, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb.
Görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.