Sentyabrda Azərbaycan səfirliyi Tehranda işini bərpa edə bilər.
Qaziler.az bildirir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə öz feysbuk hesabında yazıb.
"İranla və Azərbaycan arasında siyasi böhran anlaşma mərhələsinə keçir. Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Bakıda keçirilən konfransda İran xarici işlər naziri H. Abdullahianın səfəri çərçivəsində əlaqələrin normallaşması razılaşdırılıb. Tehran rejimi Azərbaycana qarşı təzyiqlərin müsbət nəticə vermədiyinin fərqinə vardılar. Başverənlərin məhz İran üçün arzuolunmaz nəticələrə gətirib çıxardığı aydın oldu.
Azərbaycan nümayəndə heyəti Tehranda səfərdədir. Azərbaycan İranla əlaqələrin normallaşması üçün tələbləri var. Birinci, İran səfirliyə hücumu terror kimi qəbul etməli, obyektiv istintaq aparılmalıdır. İkinci, Azərbaycana qarşı hibrid və informasiya müharibəsinə son qoyulmalı. Üçüncü, ölkəmizdə kəşfiyyat və hərbi təhdidlərə son qoyaraq, "Zəngəzur" dəhlizi ilə bağlı spekulyasiyaya son verməlidir.Görünür, Tehran rejimi bir neçə şərtlərlə razılaşıb. Xüsusilə, "Zəngəzur' dəhlizi ilə bağlı Tehran rejimi ilə müəyyən ortaq məxrəcə gəlinib.
Sentyabrdan İranda Azərbaycan səfirliyi açıla bilər. Tehran rejimi hesab edirdi ki, Azərbaycana qarşı təhdidləri fonunda geri çəkiləcək. Amma, Azərbaycan İranla siyasi və kəşfiyyat müharibəsində qalib çıxdı. Son iki ildə Azərbaycan Ermənistanı hərbi, İranı isə siyasi məğlubiyyətə uğratdı", - politoloq yazıb.
İran və Azərbaycan arasındakı münasibətlərin gələcəyi ilə bağlı M.Əsədullazadənin fikri nikbindir:
"Bu prosesdə Azərbaycan qalib tərəfdir. Gələcək proseslərdə Tehran rejimi Azərbaycanla normal münasibətləri saxlamağa məcbur olacaq".
QAZİLER.AZ