Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək göstərdiyi üçün Türkiyəyə minnətdaram - Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək göstərdiyi üçün Türkiyəyə minnətdaram.
Trend-in TurkicWorld-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədə keçirilən mətbuat konfransı zamanı bildirib.
“Qara dəniz taxıl dəhlizi müqaviləsi və Ukraynanın taxıl təşəbbüsünə verdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm”, - deyə prezident əlavə edib.
O, həmçinin sülh planını həyata keçirmək istədiklərini və Türkiyənin bu məsələdə liderliyi öz üzərinə götürməyə hazır olduğunu bildirib.