Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü öz işini uğurla başa vurub

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü öz işini uğurla başa vurub backend

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü öz işini uğurla başa vurub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsindəki paylaşımda bildirilir.

"Geniş müzakirələr və Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin qətiyyətli səyləri nəticəsində iclasda konsensus əsasında aşağıdakı mühüm sənədlər qəbul edilib:

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi;

Yekun sənəd;

Bakı Bəyannaməsi;

Ev sahibi olan ölkəyə təşəkkür məktubu;

2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına dair Xüsusi Bəyannamə", - deyə paylaşımda bildirilir.

Diaspora