Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün bağlanış mərasimi keçirilib.
“Report”un xəbərinə görə, toplantıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.
Tədbirə digər ölkələrin nümayəndə heyətləri də qatılıb.
Toplantıda Bakı Bəyannaməsi və ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı xatirə bəyannaməsi qəbul edilib.
Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 beynəlxalq təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.
Qeyd edək ki, iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib. Görüşdə hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, yekun sənədlər qəbul edilib.
18:53
Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün bağlanış mərasimi keçirilir.
“Report”un xəbərinə görə, toplantıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edir.
Tədbirə digər ölkələrin nümayəndə heyətləri də qatılıb.
Toplantıda Bakı Bəyannaməsinin qəbul edilməsi gözlənilir.
Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 beynəlxalq təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.