"Paşinyan Azərbaycanın Qarabağda anti-terror əməliyyatına başlaya biləcəyindən narahatdır".
Qaziler.az xəbər verir ki, bu fikiləri politoloq Elxan Şahinoğlu açıqlamasında bildirib. O, Paşinyanla Putin arasında olan telefon danışığını belə şərh edib:
"Ermənistanın baş naziri Nikol Paşinyan yenə Rusiya prezidenti Vladimir Putinə zəng edib. Kremldən yayılan açıqlamada, telefon danışığının Nikol Paşinyanın təşəbbüsüylə gerçəkləşdiyi bildirilib. Paşinyanın narahatlığı bölgədə gərginliyin artmasıyla bağlıdır. Paşinyan Azərbaycanın Qarabağda anti-terror əməliyyatına başlaya biləcəyindən narahatdır. Onun Putinə zəngi xəbərçilik anlamı daşıyır. Halbuki, Putinə bölgədəki vəziyyət barədə hər gün kəşfiyyat məlumatları çatdırılır və onun Paşinyanın məlumatlarına ehtiyacı yoxdur. Qarabağ separatçıları əvvəlkitək Rusiya hərbi kontingentinin müşayiəti ilə bir məntəqədən o birisinə silah daşımaqda davam edirlər. Bu təxribatın sadə səbəbi var. Separatçılar bilirlər ki, Rusiya hərbi kontingentinin müşayiəti olmasa hərbi texnikaları havadan vurulacaq. Erməni separatçılarını müşayiət edən Rusiya hərbi kontingenti Kreml sahibinin əmrini yerinə yetirir".
QAZİLER.AZ