Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi xəbər yayıb.
Bildirilir ki, o, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun dəvəti ilə Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun 5-6 iyul 2023-cü il tarixlərində Bakıda keçiriləcək nazirlərinin görüşündə iştirak edəcək.
“Ölkəmiz Qoşulmama Hərəkatında baş verənləri yaxından izləyir və 2006-cı ildən qonaq ölkə kimi dəvət olunduğu Qoşulmama Hərəkatının yüksək səviyyəli toplantılarında iştirak edir”, - deyə qurumdan vurğulanıb.
Məlumatda o da qeyd olunur ki, türkiyəli nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirdə də iştirak edəcək.(oxu.az)