“Yaponiya hakimiyyəti Kuril adaları üzərində yerləşən İturup adasının Rusiyaya məxsus olduğunu öyrənməlidir”.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” kanalında yazıb.
Rusiya Federasiyası baş nazirinin müavini, Rusiya prezidentinin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnevin bu adaya səfəri ilə bağlı Yaponiyanın etirazına diplomat belə münasibət bildirib:
“Ada bizimdir. Öyrənməyin vaxtıdır” – Zaxarova yazıb.
Xəbərdə qeyd edilib ki, Yaponiya hakimiyyəti İturup adasını Hokkaydo prefekturasının Nemuro rayonunun bir hissəsi hesab edir.
QAZİLER.AZ