Zelenskinin Saakaşvilini Ukraynaya vermək çağırışına Zaxarovadan reaksiya

Zelenskinin Saakaşvilini Ukraynaya vermək çağırışına Zaxarovadan reaksiya backend

“Gürcüstanın keçmiş rəhbəri Mixail Saakaşvilinin müalicəsi üçün yalnız Ukrayna prezidenti Volodimir Zelenskidə həblər var”.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” kanalında yazıb. O, Gürcüstanın keçmiş prezidentini müalicə üçün Kiyevə göndərmək çağırışına belə reaksiya verib.

Zelenski Gürcüstan hakimiyyətini müalicə üçün Saakaşvilini ölkəsinə təhvil verməyə çağırıb. Belə həblər yalnız Zelenskidə var”, - Zaxarova yazıb.

Qeyd edək ki, Zelenski həmçinin Xarici İşlər Nazirliyinə Gürcüstan səfirini ölkədən qovmağı və Gürcüstanın keçmiş prezidenti ilə bağlı vəziyyətə görə 48 saat ərzində ştatı tərk etməsi barədə əmri çatdırmağı tapşırıb. Ukrayna lideri xatırladıb ki, Saakaşvili Ukrayna vətəndaşıdır.

QAZİLER.AZ

Diaspora