İran səfiri: “Ermənistanla əməkdaşlığı genişləndirməyə hazırıq”

İran səfiri: “Ermənistanla əməkdaşlığı genişləndirməyə hazırıq” backend

“İran tərəfi Ermənistanla əməkdaşlıq miqyasını genişləndirməyə hazırdır”.

Erməni mediasının məlumatına görə, bu barədə İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zohuri Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanla görüşündə bəyan edib.

Bildirilir ki, görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Andreasyan diplomata Ermənistan-İran münasibətlərinin möhkəmləndirilməsi və əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib. Nazir departamentin Ermənistan-İran dostluq əlaqələrinin inkişafı və dərinləşməsinə kömək etməyə davam etməyə hazır olduğunu təsdiqləyib. O, həmçinin Ermənistanın ümumi təhsil müəssisələrində fars dilinin tədrisi proqramının genişləndirilməsində İranın köməyinin vacibliyini vurğulayıb.

Tərəflər Ermənistan və İran arasında əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. (oxu.az)

Diaspora