İran xarici işlər nazirinin müavini Rza Nəcəfi Azərbaycana gəlir.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Nəcəfi yüksək səviyyəli ekspertlər səviyyəsində Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirak edəcək.
Həmçinin Bakıda hərəkata daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılacaq.
Agentliyin məlumatına görə, Bakıda keçiriləcək nazirlər konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da şəxsən iştirak etməyi planlaşdırır.