Priqojin bütün təsir rıçaqlarından məhrum edilir - Feyqin

Priqojin bütün təsir rıçaqlarından məhrum edilir - Feyqin backend

Yevgeni Priqojin artıq Rusiyada hakimiyyəti ələ keçirmək üçün ikinci cəhd edə bilməyəcək. Onun “Vaqner”i isə bir quruluş olaraq məhv edilir və Priqojinin özü sistematik olaraq Rusiyadakı vəziyyətə təsir rıçaqlarından məhrum edilir.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı hüquqşünas Mark Feyqin deyib.

Onun sözlərinə görə, Priqojinin arxasınca Belarusa getməyən muzdlular isə rus ordusu ilə müqavilə bağlamağa məcbur ediləcək.

“Vaqner” tezliklə buraxılacaq və daha əvvəlki kimi olmayacaq. “Vaqner”in yerinə yetirdiyi tapşırıqlar isə onun kimi digər qruplara tapşırılacaq. “Vaqner” brendinin saxlanılmasına isə ehtiyac yoxdur, çünki bu qruplaşma bütün dünyada ya cinayətkar, ya da terrorçu kimi tanınıb", - Feyqin bildirib.

 

 

 

Diaspora