İspaniyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə Ukrayna münaqişəsi ilə bağlı “çox mühüm” hadisələrin baş verəcəyi gözlənilir.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bunu TVE-yə müsahibəsində Avropa diplomatiyasının rəhbəri Jozel Borrell deyib. Siyasətçi qeyd edib ki, hadisələr həm döyüş meydanında baş verənlərlə, həm də münaqişənin həllinə yönəlmiş “az-çox kölgəli” danışıqlarla bağlı olacaq.
“Rusiyada hər şey sakitləşdi, lakin biz orada nə baş verdiyini bilmirik”, - deyə siyasətçi bildirib. Onun fikrincə, Moskva ilə Kiyev arasında dialoq məsələsi yaxın gələcəkdə hansı hadisələrin baş verəcəyindən asılıdır.
Borrell daha əvvəl demişdi ki, Rusiya və Ukrayna arasında danışıqların 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl başlaması ehtimalı azdır. Avropalı siyasətçi həmçinin hesab edirdi ki, Rusiya qalib gələnə qədər sülh danışıqlarına getməyəcək.