Ukrayna prezidenti Vladimir Zelenski hərbi əməliyyatlarda “ekosid”i (Ekosid - canlı orqanizmlərin, ilk növbədə insanın yaşadığı mühiti dağıtmaq üçün insan tərəfindən qərəzli istifadə edilən kimyəvi və əsasən hərbi vasitələr) pisləyib.
QAZİLER.AZ Publika.az-a iatinadən xəbər verir ki, bu barədə o, müharibənin ekoloji nəticələrinə dair beynəlxalq işçi qrupu ilə görüşdən sonra bildirib.
Nümayəndə heyətinin üzvlərindən biri də isveçli ekoloji fəal Qreta Tunberq olub. Hərbi münaqişənin ekoloji nəticələrini müzakirə edən Zelenski əsas diqqəti Kaxovka Su Elektrik Stansiyasının (SES) bəndinin dağıdılmasına yönəldib və bunu pisləyib.
Qeyd edək ki, iyunun 29-da Qreta Tunberq Kiyevə gəlib və müharibənin ekoloji nəticələrinə dair Beynəlxalq İşçi Qrupun tərkibində Vladimir Zelenski ilə görüşüb. Ondan başqa qrupa İsveçin keçmiş xarici işlər naziri Marqot Vahlström, Avropa Parlamentinin vitse-prezidenti Haydi Hautala və İrlandiyanın keçmiş prezidenti Meri Robinson da daxil olub.
İclas iştirakçıları Kaxovskaya SES-ə dəyən ziyanın nəticələrini müzakirə ediblər. Tunberq Zelenskiyə dəvətə görə təşəkkür edib və dialoqa ictimai təşkilatların nümayəndələrini cəlb edəcəyini vurğulayıb.