Ermənistanda polis zorakılığı: Vəkillər tətil elan etdilər

Ermənistanda polis zorakılığı: Vəkillər tətil elan etdilər backend

İyunun 26-da Ermənistanda vəkillər bir günlük tətil elan ediblər.

QAZİLER.AZ  Publika.az-a istinadən  xəbər verir ki, onlar polisin vəkillərə qarşı zorakılıq hallarına etiraz edirlər.

Xatırladaq ki, vəkil Karen Alaverdyan iyunun 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvəkkilinə qarşı zorakılığın qarşısını almağa cəhd etdikdən sonra polis bölməsində hücuma məruz qalıb.

Bundan əvvəl vəkillər Marzpet Avakyan və Emanuel Ananyana qarşı da zorakılıq tətbiq edilib.