Priqojin soyadını dəyişmək istəyir

Priqojin soyadını dəyişmək istəyir backend

Məşhur rus musiqi prodüseri İosif Priqojin "Vaqner" MRC-nin üsyanından sonra soyadını dəyişmək istədiyini açıqlayıb.

QAZİLER.AZ  Publika.az-a istinadən  xəbər verir ki, o, bu barədə “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində bildirib.

“Əlbəttə, indi ən vacib məsələ bu deyil və ümumiyyətlə, soyadımdan xoşum gəlir, ondan imtina etmək istəmirəm. Ancaq Nemiroviç-Dançenko nümunəsi var idi. Mən də, məsələn, Perfilov-Priqojin ola bilərəm. Ola bilsin ki, bu, mənə bir az kömək olsun”, - prodüser qeyd edib.

Onun sözlərinə görə, iyunun 24-də (qiyama cəhd günü) soyadı ilə bağlı çoxlu mesajlar alıb. Bundan əlavə, bir çox istifadəçi onun səhifəsində memlərlə şərhlər qoyub.

Xüsusilə, insanlar ona “Rostovu qaytar” və “Bu nədir, Valeriyanın yeni mahnısının reklamıdır?” yazıblar. Priqojin bu mesajları başa düşdüyünü etiraf edib.

 

 

Diaspora