Çin yaxın dostu Rusiyanı dəstəklədi

Çin yaxın dostu Rusiyanı dəstəklədi backend

Rusiyada “Vaqner” XHT-nin silahlı qiyama cəhdindən sonra gözlər Çinə istiqamətlənib. Moskvanın yaxın müttəfiqi olan Pekin hökumətinin baş verənlərə hansı reaksiyanı verəcəyi diqqətlə izlənilirdi.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojinin başçılıq etdiyi üsyandan bir gün sonra xarici işlər nazirinin müavini Andrey Rudenkonun getdiyi Asiya ölkəsindən açıqlama gəlib.

Silahlı qiyamla bağlı ilk rəsmi bəyanatında Çin milli sabitliyin qorunmasında Rusiyanı dəstəklədiyini vurğulayıb:

“Çin yeni dövrün dost qonşusu və hərtərəfli strateji tərəfdaşı kimi Rusiyanı milli sabitliyin, inkişafın və rifahın qorunmasında dəstəkləyir”.

QAZİLER.AZ

Diaspora