“Vaqner” Xüsusi Hərbi Təşkilatın rəhbəri Yevgeniy Priqojinin həyatı ilə bağlı böyük sual işarələri yaranıb.
Qaziler.az xəbər verir ki, Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov ölkəsində baş verənləri BBC-yə şərh edib. Priqojinin haraya gedəcəyi ilə bağlı suala Kasyanov bunları deyib:
“İlk olaraq Belarusa, ordan da Afrikaya gedəcəyini və meşədə bir yerdə qalacağını düşünürəm”.
“Vaqner” qurucusunun bu addımı Rusiya prezidenti Vladimir Putini qəzəbləndirib. Putin Priqojini vətənə xəyanətdə ittiham edib. Bu duruma işarə edən Kasyanov “Cənab Putin buna görə onu bağışlayan deyil. Nəticədə onun həyatı ilə bağlı böyük sual işarəsi yaranacaq”, - deyib.
Kasyanov Putinilə bağlı “Sonunun başlanğıcı... Hazırda başı böyük bəladadır” iddiasını da səsləndirib.
Qeyd edək ki, Kasyanov 2000-2004-cü illərdə Putin dövründə Rusiyanın baş naziri olub. Lakin Kasyanov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Putinin əsas tənqidçilərindən biri olub.
QAZİLER.AZ