Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında keçirilməsi nəzərdə tutulan görüşün vaxtı dəqiqləşib.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Məlumata görə, iyunun 26-dan etibarən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair saziş üzrə danışıqların yeni raundu başlayacaq.
Bildirilir ki, bu məqsədlə artıq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona işgüzar səfərə gedib.