Belə davam etsə, Proqojini öldürəcəklər! - Nazim Cəfərsoy

Belə davam etsə, Proqojini öldürəcəklər! - Nazim Cəfərsoy backend

Prezident Putinin üsyana yanaşmasında iki məqam strateji əhəmiyyət təşkil edəcək:

1. Rus dövlət ənənəsi və Putinin formalaşdırdığı "güclü lider" imicinə görə onun Priqojinin tələblərini yerinə yetirməsi mümkün görünmür. Bu çərçivədə Şoyqu və Gerasimovu indi vəzifədən çıxartması ağlabatan deyil. Bu ancaq Priqojin təsirsiz hala gətirildikdən sonra və Rusiyanın daxili güc balansı daxilində mümkün ola bilər.

2. Hazırkı vəziyyətdə bir yanda Ukrayna müharibəsi, digər yanda silahlı üsyan var ikən Putinin ölkənin ən böyük silahlı gücü olan Rus ordusunun birbaşa komandanları Şoyqu və Gerasimovu bir üsyançının sözüylə işdən çıxartması praktiki baxımdan da ağlabatan görünmür.

Ancaq prezident Putinin prosesi qanlı sona çatdırmamaq üçün maksimum imkanları istifadə edəcəyini təxmin edirəm. Priqojin isə əl yüksəltməyə davam edir, bu davam etsə öldürəcəklər!

Politoloq Nazim Cəfərsoy

QAZİLER.AZ

Diaspora