Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası bazar ertəsi, iyunun 26-da Lüksemburqda keçiriləcək iclasda Rusiya-Ukrayna müharibəsini və Ermənistan və Azərbaycan arasında dialoqu müzakirə edəcəklər.
Bu barədə Qaziler.az Aİ Şurasının mətbuat xidmətinə istinadən xəbər verir.
Nazirlər Rusiyanın Ukraynaya təcavüzünü müzakirə etdikdən sonra nazirlər Latın Amerikası və Karib hövzəsi ölkələri arasında münasibətlərə dair fikir mübadiləsi aparacaq, o cümlədən rəqəmsal diplomatiya üzrə debatlar həyata keçirəcək və bu məsələ ilə bağlı nəticələr qəbul edəcəklər.
Bundan əlavə, Avropa İttifaqı Şurasında Tunis, Ermənistan və Azərbaycan, həmçinin Serbiya və Kosovo arasında dialoq müzakirə olunacaq.