Qarabağda yaşayan ermənilərə zəmanət tələbi Azərbaycanın işinə qarışmaqdır - Ceyhun Bayramov

Qarabağda yaşayan ermənilərə zəmanət tələbi Azərbaycanın işinə qarışmaqdır -  Ceyhun Bayramov backend

Qarabağda yaşayan ermənilərə zəmanət tələbi Azərbaycanın işinə qarışmaqdır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Biz bir sıra səbəblərə görə belə bir ilkin şərti qəbul etmirik. Bu, daxili, suveren məsələdir. Azərbaycan konstitusiyası və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalar bu əhalinin hüquqlarının təmin edilməsi üçün bütün lazımi şəraiti yaradır", - deyə C.Bayramov əlavə edib.

Nazirin sözlərinə görə, Qarabağda yaşayan ermənilər də digər etnik və dini azlıqlar kimi Azərbaycan cəmiyyətinə və dövlət strukturlarına inteqrasiya etsələr, yenə də öz dillərində danışa və təhsil ala, mədəniyyətlərini qoruyub saxlaya bilərlər.

C.Bayramov qeyd edib ki, sülh danışıqlarında müəyyən irəliləyiş var və Bakı sövdələşməyə hazırdır.

"Niyə Ermənistanın baş nazirinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü həqiqətən tanıdığını deməsi iki il yarım (müharibə bitdikdən sonra) çəkdi?", - deyə C.Bayramov əlavə edib.

Diaspora