Gələn həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olacaq.
“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, görüş ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək.