“Rusiya Ermənistanı üçtərəfli formatda aparılan işlərdən yayınmamağa çağırır”.
Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz İrəvanı üçtərəfli formatda işdən yayınmamağa çağırırıq. Onların fəaliyyətindəki durğunluq regiondakı vəziyyətə pis təsir edir və ümumiyyətlə, ərazidə vəziyyətin gərginləşməsinə səbəb olur”, - Zaxarova qeyd edib.
Mənbə: TASS