Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında 2020-ci il noyabrın 8-9-da 20-yə yaxın telefon danışığı olub.
“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentinin 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında bildirib.
Onun sözlərinə görə, 44 günlük müharibə ərzində Putinlə 60-a yaxın telefon danışığı olub.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb.