Baş nazir Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatını noyabrın 9-u səhər imzaladığını bildirib.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə 44 günlük müharibə ilə bağlı Ermənistanda yaradılmış komissiyanın iclasında bildirib.
Paşinyan qeyd edib ki, 2020-ci ildə atəşkəs bəyanatını noyabrın 9-da səhər imzalayıb, baxmayaraq ki, sənəd axşam saatlarında açıqlanıb.