Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin hakimiyyət orqanlarını Sovet dövrünün xadimlərinin adını verməməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə zakon.kz məlumat yayıb.
Milli Qurultayın ikinci iclasında o, ölkənin inkişafına töhfə vermiş şəxsiyyətlərin siyahısını hazırlamağa çağırıb.
Onun fikrincə, sovet xadimlərinin tərcümeyi-halı kimlərinsə şəxsi maraq və üstünlüklərini razı salmaq üçün məqsədyönlü şəkildə mifləşdirilib. O, onomastikanın (dilçiliyin xüsusi adlara cavabdeh olan bölməsi) milli kimliyi gücləndirmək üçün zəruri olan ən mühüm ideoloji alət olduğunu vurğulayıb.
"Onomastika əcdadlarımızın, tanınmış şəxsiyyətlərin nəslinin, qohumlarının işi deyil, dövlətin səlahiyyətindədir. Bütün onomastik prosedurlar təkcə regional xüsusiyyətlər deyil, həm də milli prioritetlər nəzərə alınmaqla aydın şəkildə tənzimlənməlidir", - Tolayev deyib.