Gürcüstanın eks-prezidenti və hazırda Gürcüstanda həbsdə olan Mixail Saakaşvili onu əfv etməkdən imtina edən ölkə başçısı Salome Zurabişviliyə məktubla cavab verib.
Publika.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Mən gürcü həbsxanasındayam, çünki 2014-cü ildə Ukraynaya gələndə və Avromaydandan sonra yeni hökumətə kömək etməyə başlayanda Putin özünün Gürcüstanda hakimiyyətə qoyduğu oliqarx İvanişviliyə sifariş verdi ki, 2 milyard dollar müqabilində mənə qarşı cinayət işi açsın.
2004-cü ildə Ukraynanın ilk Maydanını dəstəklədiyimi, onun ordusunu Tbilisiyə buraxmadığımı və 2008-ci ildə Gürcüstan dövlətçiliyini müdafiə etdiyimə görə, Putin məni bağışlaya bilməzdi. 2021-ci ildə bitirdim, çünki tamamilə Rusiyanın altına sürükləndiyimizi gördüm və vəziyyəti xilas etməyə çalışdım.
Sonra müharibə başladı və mən özüm Putinin şəxsi hərbi əsiri oldum.
Zəhərləndim, işgəncə verdilər. Məni qondarma ittihamlarla mühakimə edirlər", - deyə məktubda yazıb.