Afrika liderləri sülh təşəbbüsü üçün Rusiyadadır

Afrika liderləri sülh təşəbbüsü üçün Rusiyadadır backend

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza və bir sıra Afrika ölkələri liderləri bu gün Rusiyaya gedib.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin müşaviri Anton Kobyakov məlumat verib.

Qeyd edilib ki, Afrika ölkələri başçıları Rusiya lideri Vladimir Putinlə görüşmək üçün artıq Sankt-Peterburq şəhərindədirlər.

Xatırladaq ki, CAR-la yanaşı digər Afrika ölkələri (Seneqal, Zambiya və Qəmər Adaları) liderləri Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər ediblər.

Görüşdə Ukrayna münaqişəsinin həlli yolları və Afrika ölkələrinin sülh planı müzakirə edilib.

 

 

 

 

Diaspora