“Can Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək”.
Qaziler.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin tviterində yazılıb.
Türkiyə XİN həmçinin Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü və 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.