Türkiyə, Azərbaycan və Pakistan hərbi paktı imzalana bilər - Politoloq

Türkiyə, Azərbaycan və Pakistan hərbi paktı imzalana bilər -  Politoloq backend

"Bir neçə gün bundan əvvəl, Baş Qərargah rəisi Kərim Vəliyevin Pakistana səfəri və bu ölkənin Baş nazirinin ölkəmizə səfəri hərbi əməkdaşlığın yeni mərhələsinə keçidi təmin edəcək. Bu əməkdaşlıqda Türkiyə də rol alacaq və nəticədə üç tərəfli hərbi paktın imzalanması labüddür"

Qaziler.az bildirir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə öz feysbuk səhifəsində yazıb.

"Yeni geosiyasi konfiqurasiya fonunda belə bir hərbi paktın imzalanması ölkəmizin təhlükəsizliyini gücləndirə bilər. Qeyd edim ki, Hindistanın Ermənistana silah ixracı və İranın da bu prosesdə rol alması Azərbaycanın Pakistanla hərbi əməkdaşlığını zəruri edir.

Hindistan və Pakistan münaqişəli ölkələrdir və hər iki ölkə Cənubi Qafqazda da bir-birlərinə qarşı mövqedə dayanıblar. Məhz Hindistanın Ermənistanı silahlandırması Pakistanın regionda Azərbaycanla əməkdaşlığına cavab xarakteridir. Baxmayaraq ki, Pakistan Azərbaycan hərbi əməkdaşlığı sülhə və təhlükəsizliyə xidmət edir və bu əməkdaşlıqda hər-hansı bir üçüncü ölkəyə qarşı çevrilməyib. Amma, Hindistan Ermənistan hərbi əməkdaşlığı Azərbaycanı hədəf alıb və məqsəd Yerevanın rəvanşist siyasətinə dəstək verməkdir. Bu xüsusda İranda Hindistanın Ermənistan siyasətində əsas aktordur.

Bir neçə gün bundan əvvəl, Baş Qərargah rəisi Kərim Vəliyevin Pakistana səfəri və bu ölkənin Baş nazirinin ölkəmizə səfəri hərbi əməkdaşlığın yeni mərhələsinə keçidi təmin edəcək. Bu əməkdaşlıqda Türkiyə də rol alacaq və nəticədə üç tərəfli hərbi paktın imzalanması labüddür", - politoloq bildirib.

Diaspora