“Ağdamdakı dağıntılar çox böyük təəssüf hissi doğurur”.
Bunu ABŞ-ın Florida ştatından olan səyyah Ron Berq Ağdama səfəri zamanı APA-ya açıqlamasında deyib.
O, Qarabağa təşkil edilmiş səfərlərin Azərbaycanın mövqeyinin anlaşılması baxımından önəmli olduğunu bildirib.
“Azərbaycana ilk dəfə uzun müddət əvvəl – sovet dövründə gəlmişdim, lakin bu, Qarabağa ilk səfərimdir. Məndən əvvəl bura gəlmiş dostlarım var, əlbəttə, bu dağıntıları görmək insanda təəssüf hissi doğurur. Səfərlər Azərbaycanın bu vəziyyətlə bağlı baxışını öyrənmək baxımından da yaxşıdır. Mən daha əvvəl dağıdılmış, tərk edilmiş şəhərlərdə olmuşam, lakin düzü bu cür qəsdən və tam dağıdılmış şəhərdə ilk dəfədir oluram. Bu, çox təsirlidir”, - Ron Berq qeyd edib.