“Azərbaycan-Türkiyə Universitetinin yaradılması çox əhəmiyyətlidir”.
“Report” xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Ünal Atabay “Haber Global” TV-nin efirində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bu ali məktəb hər iki ölkənin strateji maraqlarına uyğundur: “Beləliklə, əlaqələrimiz daha da güclənəcək. Məsələn, tələbə mübadiləsi həyata keçiriləcək. Nəticədə gələcəkdə ortaq tədqiqatlar da həyata keçirilə bilər”.