Ermənilər Ramil Səfərovun Azərbaycana ekstradisiyasını unutdu - Səbəbin şərhi

Ermənilər Ramil Səfərovun Azərbaycana ekstradisiyasını unutdu -  Səbəbin şərhi backend

"Ermənilər qışqırıb-bağırmağı çox sevirlər, ancaq sonda reallıqları qəbul etmək məcburiyyətində qalırlar".

Qaziler.az xəbər verir ki, bu fikri politoloq Elxan Şahinoğlu paylaşıb. O, cümləsinin davamında ermənilərin hay-küy salıb sonra reallıqları necə qəbul etdiyini faktla izah edib:

"Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılmasına etiraz etdilər, şikayət etmədikləri yer qalmadı, ancaq hazırda həmin məntəqədə sakitcə pasport yoxlamasından keçirlər. Və ya digər misala müracət edək. Macarıstan Ramil Səfərovu Azərbaycana ekstradisiya etdikdən sonra Ermənistan hakimiyyəti Budapeştlə diplomatik əlaqələri kəsdi, bu ölkənin ünvanına söz qalmadı deməsinlər. Ancaq üstündən illər keçdikdən sonra İrəvan anladı ki, Budapeştlə münasibətləri bərpa etmək vacibdir və artıq Ermənistanın Macarıstana yeni təyin olunmuş səfiri Aşot Smbatyan işə başlayıb. Ermənistanın səfiri Macarıstan XİN-də keçirdiyi görüşlərdə İrəvanla Budapeşt arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıb. Beləcə ermənilər Ramil Səfərovun Azərbaycana ekstradisiyasını unutmağa üstünlük verdilər".

QAZİLER.AZ

Diaspora