Moskva və Kiyev bu il danışıqlar masasına oturan deyil! - ŞƏRH

Moskva və Kiyev bu il danışıqlar masasına oturan deyil! - ŞƏRH backend

"Aİ komissarı Borrell bildirir ki, ABŞ-da gələn il keçiriləcək prezident seçkilərindən əvvəl Moskva və Kiyev arasında danışıqların başlanması ehtimalı azdır, çünki Putin seçkinin nəticələrini gözləyəcək".

Qaziler.az xəbər verir ki, bu fikirləri politoloq Asif Nərimanlı paylaşıb. O, ABŞ-də keçiriləcək prezident seçkilərinin dünyaya təsirini qısa şərh edib:

"ABŞ-da təkcə seçkilərin nəticələri yox, seçki marafonu da Ukrayna müharibəsində kritik önəmə sahibdir. Adətən seçki prosesində ABŞ “qınına çəkilir” və bu, beynəlxalq münasibətlərdəki proseslərə təsirsiz ötüşmür. Vaşinqtonun diqqətinin seçkiyə yönəldiyi vaxt Pekinin aktivləşəcəyi gözləntisi də Kiyev üçün müsbət perspektiv vəd etmir.

Bu kontekstdə 2024-cü ilə qədər rusları qovmaq, yaxud ən azı hərbi cəbhədə daha üstün mövqeyə nail olmaq baxımından Ukraynanın əks-hücumu taleyüklü əhəmiyyətə malikdir".

QAZİLER.AZ

Diaspora