Ərdoğanın seçkidən qısa müddət sonra Azərbaycana gəlişi NƏDƏN XƏBƏR VERİR?

Ərdoğanın seçkidən qısa müddət sonra Azərbaycana gəlişi NƏDƏN XƏBƏR VERİR? backend

Bu bir müsbət ənənə halını alıb ki, Türkiyədə hər seçkidən sonra qalib gələn siyasətçi ilk rəsmi səfərini Azərbaycana edir.

Doğrudur, Türkiyəni idarə edənlər ilk səfərlərini Kuzey Kıbrıs Türk Cumhuriyyətinə (KKTC) edirlər, ancaq bu dövlətin müstəqilliyini Türkiyədən başqa heç bir dövlət tanımadığndan kənardan rəsmi səfər kimi qiymətləndirilmir. Halbuki, Ankara “yavru vatan” adlandırdığı KKTC-nin beynəlxalq aləmdə tanınması üçün əlindən gələni edir.

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın Azərbaycana səfəri zamanı xüsusi sənədlərin imzalanmasına ehtiyac yoxdur, “Şuşa bəyannaməsi” iki dövlət arasında imzalanan sənədlərin fövqündə dayanır.

Türkiyə Cumhurbaşqanının seçkidən qısa müddət sonra Azərbaycana gəlişi strateji müttəfiqliyin ruhundan xəbər verir, irəliyə doğru ortaq çalışmaların istiqamətini müəyyənləşdirmək və sürətini artırmaq lazımdır, görüləcək hələ çox iş var.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

QAZİLER.AZ

Diaspora