"Vaşinqton görüşünə məhz Rusiyanın mane olduğu istisna edilməməlidir".
Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz feysbuk səhifəsində yazıb.
"Bu gün ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşüb, sülh müqaviləsinin mətnini müzakirə edəcəkdilər.
Görüş baş tutmadı. Halbuki, Kişinyovda keçirilən görüşdə razılıq əldə edilmişdi. Nikol Paşinyanın Kişinyov danışıqlarından sonra Rusiya səfəri və apardığı danışıqlar fonunda Vaşinqtonda nazirlərin görüşü ləğv edildi. Vaşinqton görüşünə məhz Rusiyanın mane olduğu istisna edilməməlidir. Ermənistan tərəfi qeyd edir ki, Azərbaycan görüşü ləğv edib.
Görünür, Vaşinqton danışıqlarında prinsipial məsələlər müzakirə edilib, razılıq əldə ediləcəkdi. Xüsusilə Ermənistan tərəfinin öz qeyri-konstruktiv mövqeyindən geri çəkilməsi mümkün görünürdü. Bu da sülh müqaviləsinin mətinin hazırlanmasi deməkdir. Ermənistan Qarabağda yaşayan ermənilərlə dialoqu beynəlxalq vasitəçilərin iştirakı ilə təklif irəli sürür. Anklavlarla bağlı məsələdə absurd iddiaları var. Delimitasiya və demarkasiyanı 1975-ci il xəritəsinə uyğun keçirilməsini təklif edir.
Paşinyanın Rusiya səfərindən sonra Vaşinqton danışıqları təxirə düşdü.
Paşinyanın iki stildə oturmaq siyasəti xüsusilə, Azərbaycanla bağlı prosesdə uğurlu olmayacaq. N. Paşinyan Rusiyaya Qərbin sanksiyaları fonunda Ermənistanın Rusiya üçün "boz zona" olaraq iqtisadi mənfəət əldə edir. Görünür, Paşinyan sanksiyalara görə, Rusiya ilə iqtisadi əlaqələrdən gələn gəlirə görə Moskvanın təkliflərinə qulaq asır.
Azərbaycan prosesin belə davam etməsinə imkan verməyəcək. Xüsusilə Qarabağda silahlı erməni birləşmələrinə qarşı əməliyyatlar yaxınlaşır".
QAZİLER.AZ