Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsinin surətini Ukraynanın xarici işlər nazirinin müavini Yevgeni Perebiynisə təqdim edib.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyinin "Twitter" səhifəsində paylaşım olub.
"2023-cü il iyunun 9-da Azərbaycan Respublikasının Ukraynaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev etimadnaməsinin surətini Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebiynisə təqdim edib", - deyə paylaşımda bildirilir.