Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hakan Fidanı Türkiyənin xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd edilir ki, Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub.
Nazirlər ikitərəfli əlaqələri və cari gündəmi də müzakirə ediblər.