XİN Bayramov-Mirzoyan görüşünün təxirə salınmasının səbəbini açıqladı

XİN Bayramov-Mirzoyan görüşünün təxirə salınmasının  səbəbini açıqladı backend

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır və ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq”.

Bu barədə Oxu.Az-a Azərbaycan XİN-dən məlumat verilib.

Qeyd olunub ki, bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur.

Bildirək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ABŞ-də keçirilməsi planlaşdırılan danışıqların növbəti raundu təxirə salınıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınıb.

Diaspora