Niyə Vaşinqton və Brüssel Azərbaycanla Ermənistan arasında görüşlər keçirir? - ŞƏRH

Niyə Vaşinqton və Brüssel Azərbaycanla Ermənistan arasında görüşlər keçirir? - ŞƏRH backend

ABŞ və Avropa İttifaqı İkinci Qarabağ müharibəsindən əvvəl indiki qədər fəal deyildilər, görüşlər yalnız Minsk Qrupu həmsədrləri çərçivəsində keçirilərdi.

Hazırda Azərbaycan və Ermənistan liderləri, o cümlədən iki ölkənin xarici işlər nazirləri il ərzində Vaşinqton və Brüsseldə tez-tez görüşür və fikir mübadiləsi aparırlar.

Müzakirələrin nəticəsi olaraq ortaq sənədlər imzalanmasa da, Vaşinqton və Brüssel Azərbaycanla Ermənistan arasındakı vasitəçiliklərinə ara vermək istəmirlər.

Bunun səbəbi odur ki, Vaşinqton və Brüssel vasitəçilik təşəbbüslərini bir qədər zəiflətsələr, boşluğu dərhal Moskva doldurmağa çalışacaq. Bu ABŞ və Avropa İttifaqının regional maraqlarına ziddir.

Moskvanın vasitəçilikdə marağı isə bölgədə sülh, sabitlik və əməkdaşlıq deyil, Ermənistan və Azərbaycana təsir imkanlarını əldən buraxmamaqdır.

Ona görə də Vaşinqton və Brüsselin fəallığı həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

QAZİLER.AZ

Diaspora