Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kaxovka su elektrik stansiyasının dağıdılması ilə bağlı beynəlxalq faktaraşdırıcı missiyanın yaradılması təklifilə çıxış edib.
Türkiyə prezidentinin dəftərxanasından verilən məlumata görə, bu barədə dövlət başçısının Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirələr aparılıb.
BMT baş katibi Antonio Quterreşin nümayəndəsi Stefan Düjarrik bildirib ki, hələlik təşkilatın rəhbərinə Ərdoğanın Kaxovka su elektrik bəndinin dağıdılmasını araşdırmaq təklifləri barədə rəsmi məlumat verilməyib. Düjarrik əlavə edib ki, BMT-nin hər hansı bir araşdırma komissiyası yaratmaq məqsədilə hərəkətə keçməsi üçün qanunverici orqandan müvafiq mandat lazımdır.
“Baş katib faktaraşdırıcı missiyanın yaradılması haqqında müstəqil qərar verə bilər, lakin belə bir missiyanın həyata keçirilməsi üçün olduqca hərtərəfli təhlil aparılmalıdır. Xüsusilə bu çərçivədə mövcud olan təcrübə nəzərə alınmaqla faydalı və müvəffəqiyyətli olmaq lazımdır”, - deyə qeyd edib.
Mənbə: TASS