Ukraynada baş verən hadisələr Dağlıq Qarabağda baş vermiş hadisələrdən fərqlənir. Hər bir münaqişənin öz tarixi, xüsusiyyəti və hər iki xalqın narahat olduğu bir sıra həssas nöqtələri var.
Bunu Trend-ə Sloveniya Dövlət Şurasının sədri Mitya Bervar Avropanın Ukrayna böhranına münasibətdə fəal siyasətini şərh edərkən deyib.Onun sözlərinə görə, Sloveniya Dövlət Şurası bütün mədəni və tarixi məqamları nəzərə almaqla bu problemlərin həllinə kömək edə bilərdi: "Yuqoslaviyada da müharibə olmuşdu, xüsusilə, Sloveniya müstəqillik uğrunda 11 günlük müharibə yaşayıb. Biz bu müharibədən sonra danışıqlar masası arxasına oturduq və hər şey barədə razılığa gəldik".
M.Bervar vurğulayıb ki, bütün münaqişələr sülh yolu ilə nizamlanmalıdır.